“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur
Yerli sahibkarlar, biznesmenlər və iri marketlər şəbəkələrinin rəhbərləri Azərbaycanda istehsal olunmuş məhsullara böyük maraq göstərib və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi”nin də daxil olduğu “Azərbaycan” Ticarət Evi” layihəsinin konsepsiyası ilə yaxından tanış olublar.
Novosibirsk Ticarət-Sənaye Palatasında keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev konsepsiyanın əsas istiqamətlərindən ətraflı bəhs edib.
Konsepsiyanın məqsədlərinin həyata keçirilməsində əsas rol Ticarət Nümayəndəliyi tərəfindən formalaşdırılan və Azərbaycan məhsullarının Rusiyaya tədarükü üzrə fəaliyyət göstərən “Azərbaycan” Ticarət Evi”nə ayrılır. Bu sistem Azərbaycanın ixrac, sərmayə və turizm potensialını nümayiş etdirən, dövlət və özəl tərəfdaşlıq prinsipləri əsasında daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkətdən və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsindən ibarətdir.
“Azərbaycan nemətləri” mağazaları sahibkarlar tərəfindən açılacaq, “Azərbaycan” Ticarət Evi” isə Azərbaycan məhsullarının geniş çeşidlərinin tədarükündə onlara kömək edəcək.
Azvision.az