“Azeri Light”ın qiyməti artıb

  30 Aprel 2019    Oxunub : 861
“Azeri Light”ın qiyməti artıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 71,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 63,39 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar artaraq 74,53 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft