Yardımlıda güzəştli şərtlərlə azot gübrəsi satılacaq
Növbəti səyyar satış may ayının 1-də növbəti dəfə Yardımlı rayonunun Sırıq kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, +994050 984 07 21 (Şahlar Əliyev Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.
Azvision.az