İndiyədək sahibkarlara 7400-dən çox lisenziya verilib

İndiyədək sahibkarlara 7400-dən çox lisenziya verilib
  01 May 2019    Oxunub:1669
2015-ci il noyabrın 2-dən bu vaxtadək İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 7 min 400-dən çox lisenziya verilib.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Nazir müavini qeyd edib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 41 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində 1083 yoxlama, o cümlədən bu ilin birinci rübündə 438 yoxlama aparılıb.

Xatırldaq ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti