“Cənub” Elektrik Stansiyası təmir olunur

Eyni zamanda, hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 kilometr məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sitemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kilovat/saat elektrik enerji yükü ümumi sistemə ötürüləcək.
Paralel olaraq hazırda “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 kilometr məsafədə 220 kilovoltluq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “Azərenerji”nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat itirilmiş güc bərpa olunub.
Azvision.az
Teqlər: Azərenerji