Paytaxta yatırılan investisiyaların məbləği açıqlanıb

Paytaxta yatırılan investisiyaların məbləği açıqlanıb
  01 May 2019    Oxunub:1796
Bu ilin yanvar-mart aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 722,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,4% az vəsait yönəldilib.
Azvision.az -ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 32,6%-i dövlət, 67,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 50,3%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,8%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,8%-ini əsaslı təmir, 4,7%-ini cari təmir, 19,7%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 86,3%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Azvision.az


Teqlər: Bakı   Sənaye  





Xəbər lenti