Neftin qiyməti ucuzlaşıb

  02 May 2019    Oxunub : 704
Neftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar geriləyərək 71,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,25 dollar ucuzlaşaraq 63,35 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 74,97 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft