Bakıda iaşə dövriyyəsi artıb

Bakıda iaşə dövriyyəsi artıb
  02 May 2019    Oxunub:1918
Yanvar-mart aylarında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib.

Azvision.az


Teqlər: Bakı  





Xəbər lenti