Naxçıvanda 241 nəfər işlə təmin edilib

  04 May 2019    Oxunub : 913
Naxçıvanda 241 nəfər işlə təmin edilib
Aprel ayında təşkil edilən əmək yarmarkalarında məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 45, Şərur rayonundan 43, Babək rayonundan 30, Ordubad rayonundan 27, Culfa rayonundan 32, Şahbuz rayonundan 15, Kəngərli rayonundan 36, Sədərək rayonundan isə 13 nəfər olmaqla, ümumilikdə, .
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən muxtar respublikada əvvəlcədən nəzərdə tutulmuş qrafik əsasında keçirilən əmək yarmarkalarında işaxtaranlara 223 idarə, müəssisə və təşkilatdan 1861 boş iş yeri təqdim edilib. Boş iş yerlərindən 586-sı fəhlə, 1211-i qulluqçu, 64-ü xidmət sahələrinə aid olub.

Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. İşlə təmin olunanlardan 68 nəfərini gənclər, 11 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 48 nəfərini isə qadınlar təşkil edir.

Azvision.az

Teqlər: Naxçıvan   Əmək   Yarmarka