ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib
  07 May 2019    Oxunub:1848
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Təhlükəsizlik Günü” keçirilib.
QSC-dən Azvision.az -a verilən məlumata görə, toplantıda 2019-cu ilin I rübündə dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb. Tədbirdə cari ilin I rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. Rüb ərzində “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə KSƏTƏMM statistikası, tibbi müayinə statistikası, idarələr üzrə təkrarlanan nöqsanlar, ofis və donanmalarda xarici və daxili auditlərlə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə təhlükəsizlik qaydalarına dair təlimat videosu nümayiş edilib. Bununla belə, ötən rüb görülən işlər və qarşıdakı hədəflərimiz kimi mövzular diqqət mərkəzində olub.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O, Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, ASCO-da təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığı xüsusi diqqətə çatdırılıb.

Tədbirdə “Bibiheybət “Gəmi Təmiri Zavodunun Gövdə qaynaq bölməsinin gəmi gövdə təmirçisi Elman Cəbrayılov və Təmizləmə rəngləmə bölməsinin rəngsazı Ziyafət Məhərrəmov nümunəvi əmək fəaliyyətinə görə təltif olunublar.

Azvision.az



Teqlər: ASCO  





Xəbər lenti