3 ayda 201 milyon manat sığorta haqqı toplanıb

3 ayda 201 milyon manat sığorta haqqı toplanıb
  07 May 2019    Oxunub:1801
Yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201,2 milyon manat məbləğində sığorta haqqı toplanıb, 46,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, ötən ilin ilk 3 ayı ilə müqayisədə cari ilin ilk 3 ayında sığorta haqları 4.2 faiz (8.1 milyon manat) artıb. Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29,9 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 71,2 milyon manat, ödənişlər isə 16,3 milyon manat olub.

Hesabat dövründə sektor üzrə məcmu sığorta haqlarının 64,6 faizi könüllü, 35,4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,7 faizi könüllü, 35,3 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu eyni aylarında tibbi sığorta 19,5 faiz (9,3 milyon manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54,9 faiz (4,6 milyon manat) artıb.

Azvision.az



Teqlər: Sığorta  





Xəbər lenti