“Strateji valyuta ehtiyatları 29 dəfədən çox artıb” - Şahin Mustafayev

  09 May 2019    Oxunub : 1491
 “Strateji valyuta ehtiyatları 29 dəfədən çox artıb” - Şahin Mustafayev
Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar, iqtisadi dayanıqlılıq və sabit inkişaf konkret statistik göstəricilər və rəqəmlərlə ifadə edilir.

Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatı 3 dəfə, informasiya və rabitə xidmətləri 12,4 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb.

"Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. 2004-cü ildən indiyədək ölkənin strateji valyuta ehtiyatları 29 dəfədən çox artaraq 47 milyard ABŞ dollarını ötüb. Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. 2004-cü ildən indiyədək Azərbaycanda 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri açılıb. Məqsədyönlü və ardıcıl tədbirlərin nəticəsidir ki, 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb".

Azvision.az

Teqlər: Şahin-Mustafayev   Nazir