Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank 150 milyon manat cəlb edir
  10 May 2019    Oxunub:1872
Mayın 13-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az banka istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.

Azvision.az



Teqlər: AMB   Dollar   Manat  





Xəbər lenti