Banklarda “Açıq qapı” günləri keçiriləcək

Banklarda “Açıq qapı” günləri keçiriləcək
  11 May 2019    Oxunub:3078
Bakıda keçiriləcək "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə banklarda fintex və startaplar üçün "Açıq qapı" günləri təşkil ediləcək.
ABA-dan Azvision.az -a verilən məlumata görə, həftə ərzində banklarda "Açıq qapı" günləri vasitəsilə fintex və startapların təqdim etdikləri layihələr ilə tanışlıq olacaq, layihələrin maliyyələşdirilməsi imkanlarına baxılaraq, onların maliyyə cəlbediciliyinin artırılması məqsədilə görməli olduqları işlər və biznes planlarında məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.

Fintex və startaplar öz layihələrini 12 banka, o cümlədən "Accessbank", "AG Bank", "Amrahbank", "Azər Türk Bank", "Bank Melli İran Bakı filialı", "Express Bank", "Xalq Bank", "Kapital Bank", "Nikoil Bank", "Rabitəbank", "Turanbank" və "Yapı Kredi Bank (Azərbaycan)"a təqdim edə bilərlər.

Azvision.az



Teqlər: ABA   Bank  





Xəbər lenti