Mehriban Əliyeva onlara “Qızıl çinar” mükafatı verdi - FOTOLAR
11 May 2019
Oxunub:6283
Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olunub.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.