“Bank sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur”

“Bank sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur”
  16 May 2019    Oxunub:2047
"Hesab edirik ki, bu gün Azərbaycan maliyyə imkanlarına görə regionun ən mühüm dövlətidir. Regionun bank və maliyyə mərkəzi funksiyalarını artıq öz üzərinə götürüb. Məhz buna görə də qabaqcıl texnologiyaların tətbiqinin inkişaf etdirilməsi vacibdir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyanın sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində deyib.

O bildirib ki, sammitin qarşıdakı dövrlərdə də keçirilməsi planlaşdırılır: "Əsas hədəfimiz bu platformaların inkişaf etdirilməsidir".

Z.Nuriyev, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlərlə bağlı fərmanı bank və maliyyə sektorunun yeni dayanıqlı inkişaf mərhələsinə keçməsinə imkan yaradıb.

"Hazırkı mərhələdə bankların iqtisadiyyatının real sektorunun effektiv kreditləşmələri imkanının genişləndirilməsinə şərait yaradılıb. Bu istiqamətdə görülən əməli işlərin davam etdirilməsi qarşıda duran ən prioritet məsələlərdən biridir".

Aytən Zəhra
Azvision.az


Teqlər: bank   Kredit   Maliyyə  





Xəbər lenti