Azərbaycanda bankların gəlirləri artacaq

   Azərbaycanda bankların gəlirləri artacaq
  16 May 2019    Oxunub:2352
"Bankların sağlamlaşdırılma prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və s. tədbirlər uzun müddətlidir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Prezidentin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman oldu.

"Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə dair fərman da prosesdə mühüm rol oynayacaq. Burada həm məhkəmə qərarlarının icrası məsələləri banklar üçün əhəmiyyətlidir, eyni zamanda problemli məsələlərin məhkəmələrdə baxılması çox önəmlidir. Bütün qəbul edilmiş fərmanlar, görülmüş tədbirlər kompleks şəkildə problemin həllinə köməklik göstərəcək. Proses olduqca sürətlə gedir".

Z.Nuriyev qeyd edib ki, hazırda bankların kapitallaşması yüksəlib, eyni zamanda artıq banklarda dayanıqlılıq artıb. "Banklar yenidən iqtisadiyyatın aktiv şəkildə kreditləşməsi imkanı əldə ediblər. Banklarda izafi likvid vəsaitlər formalaşıb, bunlar uzun müddətli vəsaitlərdir və banklar bu vəsaitləri kiçik və orta biznesin kreditləşməsinə və daha uzun müddətli olmasına sərf edə biləcək. Bu da bankların həm sağlamlaşmasına, həm kapitallaşmasına və gəlirlilyin artmasına xidmət edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti