Fermer və mexanizatorlara təlim keçirilib

  17 May 2019    Oxunub : 682
Fermer və mexanizatorlara təlim keçirilib
Ağcabədidə “Aqrolizinq” ASC tərəfindən mexanizator və fermerlərə “Texniki təhlükəsizlik qaydaları” və "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkili" mövzusunda təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimdə 11 fermer və mexanizator iştirak edib. Mexanizator və fermerlərə traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlıq prosesinin təşkili, onların istismarı prosesində texniki təhlükəsizlik qaydalarına riayət edilməsi dair məlumatlar verilib.

Həmçinin, iştirakçılar traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, dövlət texniki baxışının keçirilməsi və həmin nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı məlumatlandırılıb. Texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydaları təlim iştirakçılarına izah olunub. Mövcud təlimatlar və qaydalar baradə maarifləndirmə işləri aparılıb.

Təlimçilər iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb. Qeyd edək ki, belə təlimlər mütəmadi olaraq keçirilir.

Azvision.az

Teqlər: KTN   Təlim