Əsas kapitala 4 milyard vəsait yönəldilib

Əsas kapitala 4 milyard vəsait yönəldilib
  17 May 2019    Oxunub:2097
Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 916 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ümumi sərmayənin 64,5 faizi məhsul istehsalı obyektlərinin, 26,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9 faizi isə ümumi sahəsi 595,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7 faiz, büdcə vəsaitləri 25,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 5,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

Azvision.az



Teqlər: DSK   Kapital  





Xəbər lenti