Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank 150 milyon manat cəlb edir
  18 May 2019    Oxunub:1802
Mayın 20-də Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az AMB-yə istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.

Azvision.az



Teqlər: AMB  





Xəbər lenti