700 milyonluq dövlət istiqrazları qeydiyyata alınıb

  18 May 2019    Oxunub : 987
700 milyonluq dövlət istiqrazları qeydiyyata alınıb
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, yanvar-mart aylarında ölkədə 3 milyard 700 milyon manat dəyərində Mərkəzi Bankın notları, 700 milyon manat dəyərində dövlət istiqrazları, 20 milyon manat dəyərində korporativ istiqrazlar və 8,3 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 363,1 milyon manatlıq notları, 443,9 milyon manatlıq korporativ istiqrazlar, 186,0 milyon manatlıq səhmlər və 151,8 milyon manatlıq dövlət istiqrazları yerləşdirilib.

Yanvar-mart aylarında nominal dəyəri 108,4 milyon manatlıq səhmlər, 81,2 milyon manatlıq Mərkəzi Bankın notları, 75,7 milyon manatlıq dövlət istiqrazları və 62,8 milyon manat olan korporativ istiqrazlar tədavüldə olub.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Not   İstiqraz