Ölkədə 1293,6 min nəfər pensiya alır
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.
Aprelin 1-dək 426,9 min nəfərə sosial müavinətlər təyin edilib. Yaşa görə müavinət alanların sayı 60,5 min nəfər, əlilliyə görə - 169,4 min nəfər, ailə başçısını itirməyə görə - 46,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 68,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 54,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Azvision.az