Sabunçu stansiyası yaxın günlərdə istifadəyə veriləcək

  Sabunçu stansiyası yaxın günlərdə istifadəyə veriləcək
  21 May 2019    Oxunub:3397
Sabunçu dəmiryolu stansiyası təmirdən sonra istifadəyə hazır vəziyyətə gətirilib.
Azvision.az -ın məlumatına görə, yaxın günlərdə stansiyanın açılışı olacaq.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında stansiya üçün yeni qatarların sifariş edildiyini bildirmişdi:

"Yeni qatarlar sifariş edilib və əlavə iki qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək".

Azvision.az



Teqlər: Sabunçu   Stansiya  





Xəbər lenti