Nazirliyin yeni qəbul mərkəzi istifadəyə verilib
Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzrə onlara operativ və şəffaf xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə səmərəliliyin təmin eidlməsi məqsədilə müxtəlif kateqoriyadan olan və güzəştli təminat verilən şəxslərin qəbulu növbəlilik əsasında təşkil olunub. Belə ki, həftənin I, III və V günlərində hərbi və xüsusi rütbəli şəxslərin, II və IV günlərində isə dövlət qulluqçularının və güzəştli təminat verilən digər şəxslərin müraciətlərinə baxılır.
Mərkəzə gün ərzində 200-dək müraciət daxil olur. Müraciətlər əsasən xüsusi şərtlərlə pensiya təyin edilməsi, belə pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və s. bu kimi halları əhatə edir. Hərbi və xüsusi rütbəli şəxslərə münasibətdə bir sıra müavinətlərin verilməsi ilə bağlı müraciətlərə də İdarənin Qəbul Mərkəzində baxılır.
Azvision.az