Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək

 Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək
  22 May 2019    Oxunub:3869
Gələn ilin ikinci yarısından sərnişinlər Bakı-Qəbələ sürət qatarından istifadə edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Ləki stansiyasından başlayaraq 45 kilometrlik yolun yarısı artıq çəkilib:

“Hesab edirəm ki, ilin sonuna torpaq yatağı işləri də tam başa çatdırılacaq. Sərnişinlər Qəbələyə 2,5-3 saata rahat və hər bir şəraiti olan vaqonlarla gedə biləcəklər”.

Azvision.az


Teqlər: qatar   Qəbələ  





Xəbər lenti