Bu il “Bakı Metropoliteni” 30 yeni vaqon alacaq

Bu il “Bakı Metropoliteni” 30 yeni vaqon alacaq
  22 May 2019    Oxunub:2974
Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti “Bakı Metropoliteni” QSC-yə 10 ədəd yeni vaqon təhvil verəcək.
Azvision.az xəbər veri ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun baş mühındisi Əlixan Osmanov məlumat verib.

Onun sözlərinə görə, mayın 28-də “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq:

“Bu il Rusiyanın "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik”.

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti