“Nar” “Youth Speak” Forumunda iştirak edib
Forumda rəsmi spiker qismində iştirak edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.
“Youth Speak” forumunda həmçinin, "Gender Bərabərliyi" və "İnnovasiyalar” mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək “Nar”-ın Korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az
Teqlər: Nar