Bakıda Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başladı

  30 May 2019    Oxunub : 1422
 Bakıda Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başladı
Bakıda Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başlayıb.

Azvision.az xəbər verir ki, konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.
Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır.

Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il deleqatların sayında 30% artım gözlənilir.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.

Xatırladaq ki, Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans 2 gün davam edəcək.



Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Konfrans