“Ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya qoyulub” - Nazir

  30 May 2019    Oxunub : 934
“Ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya qoyulub” - Nazir
"İndiyə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft, 158 milyard kubmetr təbii qaz hasil edilib"
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, AÇQ yatağına bu günə qədər 36 milyard dollar investisiya yatırılıb.

P.Şahbazov əlavə edib ki, son 23 ildə ölkə iqtisadiyyatına təxminən 263 milyard dollar investisiya qoyulub və bunun 100,6 milyard dolları neft sektorunun payına düşür.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Neft   Nazir   Pərviz-Şahbazov