Türkiyə Azərbaycandan 223 min ton xam neft idxal edib

Türkiyə Azərbaycandan 223 min ton xam neft idxal edib
  31 May 2019    Oxunub:1713
Yanvar-mart aylarında Türkiyə Azərbaycandan 222,8 min ton xam neft idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilib ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi neftin həcmi 78 min ton, fevralda 129 min ton, martda isə 15 min ton təşkil edib.

Martda Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı 1 faizdən az olub.

Azvision.az



Teqlər: Türkiyə   Neft  





Xəbər lenti