“Obyektlər niyə bağlanır?” - Komitə sədri səbəbini soruşdu

     “Obyektlər niyə bağlanır?”    - Komitə sədri səbəbini soruşdu
  31 May 2019    Oxunub:1821
“Sadələşdirilmiş verginin xüsusi çəkisi 5,3%-dən 6%-a yüksəlib, məbləği isə 20,7% artıb. 2019-cu ildə 1 yanvar tarixinə cəmi vergi ödəyicilərinin sayı il ərzində 6,9% və ya 62 400 vahid artaraq 970 340 nəfər olub. ƏDV ödəyicilərinin sayı isə 12,4% və ya 3 767 vahid artaraq 34 269 nəfər təşkil edib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, 1 yanvar 2019-ciu il tarixinə vergi obyektlərinin sayı 7,4% artaraq 17 389 ədəd təşkil edib.

“2018-ci ildə qeydiyyata alınan obyektlərin sayı 12,4% artaraq 35 729 ədəd olub. Xahiş edirəm rəqəmləri nəzərə alın. İl ərzində qeydiyyata alınan və fəaliyytəini bərpa edən obyektlərin sayı fəaliyyəti dayandırılan və ləğv edilən obyektlərin sayını 1,9 dəfə üstələyib”.

Z.Səmədzadə xatırladıb ki, deputatalar hər zaman bağlanan obyektlərlə bağlı çıxışlar edir: “Həddən artıq yoxlamalar, sanksiyalar, iddialar və bu kimi hallar müəssisələrin bağlanması ilə nəticələnir. Hər il bu rəqəm demək olar ki, eyni qalır. Obyektlərin bağlanması ölkəmizin əlavə dəyərinin artmasına mənfi təsir göstərir. Yeni yaradılan müəssisələrin dinamikasında müsbət meyllər var. Bununla yanaşı müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. İri və orta müəssisələr niyə bağlanır? Bunun səbəbləri nədir? Yoxlamalara ya digər məsələlərə görə bağlanır? Biz bunları araşdırsaq, konkret nəticələr əldə olunar. Araşdırmalar nəticəsində fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hesab edirəm ki, bu məsələyə diqqət ayırmalıyıq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ziyad-Səmədzadə   Milli-Məclis  





Xəbər lenti