Mərkəzi Bank 100 milyon manat cəlb edir

Mərkəzi Bank 100 milyon manat cəlb edir
  02 İyun 2019    Oxunub:1976
İyunun 3-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az banka istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.

Azvision.az



Teqlər: AMB   Manat  





Xəbər lenti