Növbəti hərracın nəticələri açıqlanıb

Növbəti hərracın nəticələri açıqlanıb
  04 İyun 2019    Oxunub:2221
İyunun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır. Ümumi sahəsi 226,3 kvadratmetr, torpaq sahəsi 770 kvadratmetr təşkil edən bu iaşə obyekti xidmət sahəsinə aid olmaqla investor üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyd edək ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Qaradağ rayonunda yerləşir. Ümumi faydalı sahəsi 85 kvadratmetrə yaxın olan əmlak xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıtda yerləşən, ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxın olan obyektdən ofis, xidmət obyekti kimi istifadə etmək olar.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakı şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri arasında Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlardan BMW, "Fiat", "Chevrolet", "Kİa", "Nissan" kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi müxtəlif illəri əhatə edir. Budəfəki hərracda isə istehsal tarixi 2006-cı il olan "Nissan Maxima" markalı avtomobil özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün Özəlləşmə portalına (https://azvision.az/redirect.php?url=http://privatization.az) daxil olmaq kifayətdir.

Azvision.az


Teqlər: Hərrac   ƏMDK  





Xəbər lenti