Bakıda 100 milyonluq hərrac keçirildi

  04 İyun 2019    Oxunub : 844
Bakıda 100 milyonluq hərrac keçirildi
İyunun 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 100 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4587 AZN (6,76 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 571 milyon 464,800 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99,4587 AZN (6,76 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib. Notlar iyulun 3-də ödəniləcək.

Azvision.az

Teqlər: Hərrac