"Mercedes" 45 minə yaxın avtomobili geri çağırır

"Mercedes" 45 minə yaxın avtomobili geri çağırır
  05 İyun 2019    Oxunub:2070
Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz" Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq.

İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan "Mercedes-Benz (China) Automotive Sales" və "Beijing Benz Automotive" avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər.

Azvision.az



Teqlər: Mercedes  





Xəbər lenti