Sahibkarların “Azərişıq”a müraciətləri iki dəfə artıb

Sahibkarların “Azərişıq”a müraciətləri iki dəfə artıb
  07 İyun 2019    Oxunub:1887
Bu ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarların “Azərişıq” ASC-yə müraciətləri iki dəfə artıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, may ayında “Azərişıq”a “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Bununla yanaşı, apreldə 4355 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Ümumilikdə isə may ayı ərzində “Azərişıq” ASC-yə göstərdiyi 15 xidmət üzrə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 30 minə qədər müraciət daxil olub.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti