Azərbaycan neftinin qiyməti bahalaşır

  07 İyun 2019    Oxunub : 693
Azərbaycan neftinin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar artaraq 62,56 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,69 dollar artaraq 53,28 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar bahalaşaraq 63,20 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft