Bu gün TV və radio 9 saat işləməyəcək

 Bu gün TV və radio 9 saat işləməyəcək
  10 İyun 2019    Oxunub:2522
Bu gün televiziya və radio efir yayımında növbəti kompleks profilaktika işləri aparılır.
Azvision.az xəbər verir ki, profilaktika işləri saat 06:00-dan 15:00-dək davam edəcək.

Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır. Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin sentyabrın 16-da aparılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: TV   Radio   Profilaktika  





Xəbər lenti