4 ayda 265 milyon manat sığorta haqqı toplanıb

4 ayda 265 milyon manat sığorta haqqı toplanıb
  10 İyun 2019    Oxunub:1931
2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub.

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.


Azvision.az


Teqlər: Sığorta  





Xəbər lenti