Ölkə üzrə biçin prosesinə 1340 kombayn cəlb olunub

Ölkə üzrə biçin prosesinə 1340 kombayn cəlb olunub
  11 İyun 2019    Oxunub:2742
İyun ayının 11-ə olan məlumata əsasən, respublika üzrə taxıl sahələrinin 1/5 hissəsindən çoxu biçilib. Bu günə qədər 208 min hektara yaxın sahədə biçin başa çatdırılıb, bunun böyük hissəsi arpa sahələridir.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, 190 min hektardan çox sahədə arpa biçini başa çatıb.

“Gün ərzində 25-26 min hektar ərazidə arpa biçilir. İyunun sonundan etibarən isə respublikada buğda biçininə başlanılacaq. Lakin hazırda 18 min hektar ərazidə buğda biçini aparılıb. Bu, həmin ərazilərdə tez yetişən sortlardan istifadə ilə bağlıdır”.

V.Hüseynov qeyd edib ki, hazırda ölkə üzrə biçin prosesinə 1340 kombayn cəlb olunub ki, bunun 545-i “Aqrolizinq” ASC-nin tabeliyində olanlardır.

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Taxıl   Biçin  





Xəbər lenti