4 ayda Azərbaycandan 97 ölkəyə məhsul göndərilib

4 ayda Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
  18 İyun 2019    Oxunub:1519
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 151 ölkədən idxal edilib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ixracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Azvision.az


Teqlər: İxrac  





Xəbər lenti