Minlərlə İT mütəxəssisi orduya cəlb olunacaq - VİDEO

   Minlərlə İT mütəxəssisi orduya cəlb olunacaq -  VİDEO
  19 İyun 2019    Oxunub:11032
“Hazırda əsas problemlərdən biri informasiya texnologiyaları (İT) sahəsində mütəxəssis çatışmazlığıdır”

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, ordunun belə mütəxəssislərə ehtiyacı var: “Bizim minlərlə informasiya texnologiyaları mütəxəssisinə ehtiyacımız var. Onlar mənim maaşımdan da çox maaş alırlar. İndi gərək mən onları orduya cəlb edəm. Təbii ki, bunun formasını axtarıb tapırıq. Cənab prezident bizə bu işdə dəstək verir. Kadr məsələsi çox mühüm məsələdir”.



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Naziri  





Xəbər lenti