Ölkəmizdə 50-dək Avstriya şirkəti fəaliyyət göstərir

Ölkəmizdə 50-dək Avstriya şirkəti fəaliyyət göstərir
  19 İyun 2019    Oxunub:1438
Ötən il Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir bildirib ki, hazırda Azərbaycanda 50-dək Avstriya şirkəti sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.

Bundan əlavə, nazir qeyd edib ki, Avstriyanın tərəfdaşlığı ilə 5 Tvinninq layihəsindən 4-ü icra olunub, 1 layihə üzrə işlər isə davam etdirilir.

Azvision.az



Teqlər: Avstriya   Azərbaycan   Şahin-Mustafayev  





Xəbər lenti