300 mindən çox fermer elektron qeydiyyatdan keçib

300 mindən çox fermer elektron qeydiyyatdan keçib
  20 İyun 2019    Oxunub:1790
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 300 mini ötüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, iyunun 19-na olan məlumata görə, 300 min 359 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.

Fermerlərdən 218 min 147 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı-Şəhadətnamə əsasında rəsmiləşdiriblər. Həmçinin 61 min 44 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6 min 349 fermer icarə sənədi, 3 min 126 fermer etibarnamə, 638 fermer vərəsəlik şəhadətnaməsi, 320 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 95 faizi, yaxud 15 min 560-ı öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.

Xaçmazda 12 min 348, Cəlilabadda 11 min 229, Şəkidə 10 min 285, Bərdədə 10 min 105, İmişlidə 9 min 652, Saatlıda 9 min 284, Qubada isə 8 min 864 fermer sistemdə qeydiyyat prosedurunu tamamlayıb.

Azvision.az


Teqlər:





Xəbər lenti