460 min hektardan çox ərazidə taxıl biçini aparılıb

460 min hektardan çox ərazidə taxıl biçini aparılıb
  20 İyun 2019    Oxunub:1590
Bu günə qədər Azərbaycanda 460 057 hektar ərazidə taxıl biçini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumatda deyilir ki, bunun 279 486 hektarı arpa, 180 571 hektarı isə buğda sahəsidir. Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu günə qədər 1432 433 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 900 hektar sahənin 14 870 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8 505 hektar sahənin 8 468 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az



Teqlər: KTN   Taxıl  





Xəbər lenti