İrana gedən azərbaycanlıların sayı 73,6 faiz artıb

 İrana gedən azərbaycanlıların sayı 73,6 faiz artıb
  21 İyun 2019    Oxunub:1515
2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: DSK   Azərbaycan  





Xəbər lenti