Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  22 İyun 2019    Oxunub:1515
Muxtar respublikada 2019-cu ilin yanvar­-may aylarında 985 milyon 236 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2157,3 manat olub.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti