Sığorta sahəsində daha bir yenilik

Sığorta sahəsində daha bir yenilik
  24 İyun 2019    Oxunub:2349
Həkimlərin peşə məsuliyyətinin icbari sığorta növünün yaradılması aktuallığı, tikinti-inşaat zamanı tikinti aparan şəxslərin mülki məsuliyyətinin icbari sığortası növünün yaradılması həmin sahələrdə olan hadisələrin, problemlərin daha çox qabardılmasından irəli gəlib.
Azvision.az -ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov deyib. O bildirib ki, sığortanın kommersiya tərəfi ilə yanaşı, sosial təminat da olmalıdır.

"Daşınmaz əmlakın sığortalanması, bu sahədə aparılan diaqnostika təhlillər beynəlxalq təcrübə öyrənilməklə uzlaşdırılır. Beynəlxalq təcrübənin araşdırılması üçün işlər aparılır, sığorta şirkətləri ilə görüşürük. Beynəlxalq təcrübə nəzərə alınmaqla təkliflər hazırlanıb"

R.Əhmədov qeyd edib ki, hansı qeyri-yaşayış sahələrinin sığortalannması Fövqəladə Hallar Nazirliyi ilə inteqrasiya sahəsində görünəcək.

"FHN 150 min daşınmaz əmlak sayına bu gün nəzarət edir. FHN əməkdaşları küçədə gəzərək hansı qeyri-yaşayı sahəsinin sığortası olmadığını təsbit etməyəcəklər, bizim sistemimizdə görünəcək. Biz tezliklə bu inteqrasiyasını həyata keçirmək istəyirik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeyri- yaşayış sahələrinin sığortalanması artsın. FHN maraqlıdır ki, risklər qiymətləndirilsin".

Aytən Zəhra
Azvision.az



Teqlər: Sığorta   FHN  





Xəbər lenti