FHN dörd ayda 70 binaya müsbət rəy verib

  25 İyun 2019    Oxunub : 1216
FHN dörd ayda 70 binaya müsbət rəy verib
Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.
FHN-dən Azvision.az -a verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində ötən dörd ay ərzində ümumilikdə 167 girişi, 11 min 872 mənzili olan, 1 milyon 128 min 190 kvadratmetr sahəni əhatə edən 70 binaya (kompleksə) dair müsbət rəy verilib. Altmış səkkizi 68-i Bakıda, biri Abşeron rayonunda, biri isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilib. Onların istismara hazır olması barədə müvafiq qaydada rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mayın 23-də və iyunun 13-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə növbəti müşavirələr keçirilib. Müşavirələrdə aidiyyəti üzrə görülmüş işlər barədə məlumat verilib, müayinə nəticəsində aşkarlanan çatışmazlıqlar, mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb, görüləcək tədbirlərə dair müvafiq tapşırıqlar verilib.

Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər dövlətimizin başçısının nəzarəti altındadır.

Azvision.az

Teqlər: FHN   Bina