Sığorta bazarının beş aylıq göstəriciləri

  25 İyun 2019    Oxunub : 1003
Sığorta bazarının beş aylıq göstəriciləri
2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 212.7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8 mln. manat olub.

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat) üzrə artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat) qeydə alınıb.

Azvision.az

Teqlər: Sığorta